Şəhid mayorun həyat yolu haqqında yazılan «QUTSAL YOLÇU» kitabının təqdimat olub

Beynəlxalq Muğam Mərkəzində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın, Nəfəs İctimai Birliyinin sədri Firəngiz Balakişiyevanın dəstəyi ilə başa gələn, Şəhid mayor Emin Süleymanovun həyat yolu haqqında yazılan «QUTSAL YOLÇU» kitabının təqdimat mərasimi olub.

Təqdimat mərasimində AVMVİB Sədri Füzuli Rzaquliyev, AVMVİB Bakı şəhərindəki rayon şöbələrinin sədrləri və üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri Giriş sözü ilə MM mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı açaraq ilk öncə Şəhidlərin xatirəsinə ehtiram duruşu elan edib, sonra Azərbaycan Dövlət himni səsləndirilib. İlk söz Nəfəs İctimai Birliyinin sədri Firəngiz Balakişiyevaya verilib. Firəngiz xanım kitabın ərsəyə gəlməsindən danışaraq bütün əziyyəti keçənlərə öz minnətdarlığını bildirib.

Təqdimat mərasimində çıxış edən  Milli Məclisin  Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya şəhidimizin ailə üzvləri ilə tanışlığından, kitabın ərsəyə gəlməsindən danışaraq bundan sonra da hər bir Şəhid haqqında yazılan kitablara, çəkilən filmlərə böyük məmuniyyətlə dəstək olacağını bildirib

. Digər çıxışlardan sonra söz vətənpərvər mahnıların bəstəçisi, AVMVİB -in Fəxri üzvü Fərahim Sadiq və AVMVİB Zəngilan rayon şöbəsinin üzvlərinə verilib. Səhnəyə çıxan qonaqlar Fərahim Sadiqin bəstələdiyi ƏSGƏRNAMƏ elegiyasını səsləndiriblər. Elegiya tədbir iştirakçılarının marağına səbəb oldu, iştirakçılar ifaçıları ayaq üstə alqışlayaıblar.

AVMVİB -in Zəngilan rayon şöbəsinin sədriAzad Musayev

Bu xəbəri paylaşın: