Bayraqların mənşəyi: lap qədimlərdən günümüzədək
Rus dilinə “bayraq” (“флаг”) sözü 1699-cu ildə I Pyotrun zamanında gümn ki, holland dilindən keçib.
Bu gün bütün dünya bayraqları müəyyən ölçülü qumaş parçalardan, əssən düzbucaqlı formada hazırlanır. Lakin üç ökənin bayrağı istisnadır: İsveçrə, Vatikan və Nepal. Belə ki, İsveçrə və Vatikanın bayrağı kvadrat, Nepalın bayrağı isə yanı üstə durmuş iki üçbucaq formasındadır.

Bayraqların yaşı beş min ildən çoxdur. İlk belə bayraq, İranın Şahdad şəhərində tapılmış bürünc rəngli bayraqdır. Təxminən üç min il yaşı olduğu deyilir. Kvadrat müstəvi üzərində yağış ilahəsi və suvarma metodları təsvir olunub.
Bu gün də istifadə edilən ən qədim bayraq isə – “Dannebroq” – Danimarkanın bayrağıdır. Onun tarixi XIII əsrədək gedib çıxır. Lakin dövlət bayrağı kimi istifadə olunmağa başlama tarixi XV əsrdir.

Parçadan hazırlanmış ilk bayraqlar isə Çində meydana çıxıb.
Bayraqları öyrənən elm sahəsi – veksillologiya adlanır (latınca “Vexillium” – “bayraq” deməkdir). Bu adı ilk dəfə 1958-ci ildə amerikan tarixçisi Uitni Smit (Witney Smith) təklif edib. Bayraqlar təyinatına görə müxtəlif olur: dövlət, hərbi, mülki və s.
Elə bayraqlar da var ki, heç bir dövlətə aid deyil, ayrı-ayrı siyasi, ictimai qruplara və ya şirkətlərə məxsusdur.
Qara bayraq – anarxiyanın simvoludur. İlk dəfə 1831-ci ildə Fransada, işsizliyə qarşı üsyan edən yerqazan fəhlələr tərəfindən qaldırılmış və üzərində “İş və ya ölüm” yazılmışdı. Sonralar, 1917-1921-ci illərdə Ukrayna üsyankar kəndli ordusuna rəhbərlik edən Nestor Maxno da bu bayraqdan istifadə etmişdi.
Qara fonda insan kəlləsi əks olunan bayraq – dəniz quldurlarının bayrağıdır. Bu bayraq “Şən Rocer” adlanır. (Kəllə sümüyü altında çarpazlaşmış iki sümük və ya kəllə sümüyü altında çarpazlaşmış iki qılınc formasında təsvir olunur)

Sual ortaya çıxır: niyə Rocer? Fransız dəniz quldurları al qırmızı bayraqdan istifadə edirdilər və bu, fransızca «Joyeux Rouge» – yəni “Şən qırmızı” adlanırdı. İngilislər isə «rouge» sözünü “Roger” (Rocer) kimi işlətməyə başladılar. Bəzi iddialara görə isə, qədim ingilis dilində “rogue” sözü “avara”, “dələduz” mənasını verir.
Ağ bayraq – təslimçiliyin, kapitulyasiyanın rəmzidir və ilk dəfə Çində e.ə. 206-cı ildə Xan sülaləsi zamanında istifadə edilib. Daha sonralar, Roma tarixçisi Korneli Tasit özünün “Tarix” əsərində (e.ə. 109-cu il) bu bayrağın Romada da qaldırıldığını qeyd edir.
Rəsmi olaraq, ağ bayrağın məğlubiyyətin və kapitulyasiyanın rəmzi kimi qeyd olunması 1899 və 1907-ci illər Haaqa konfransının qərarları ilə bağlıdır.
Bir də bizim planetimizə aidiyyatı olmayan bir bayraq da mövcuddur – Mars planetinin bayrağı. Şaquli istiqamətdə qırmızı, yaşıl və göy rənglərdən ibarət bu bayraq, 1998-ci ildə Mars cəmiyyəti tərəfindən qəbul olunmuşdur. Qırmızı rəng – Marsı, yaşıl – bərəkətli torpağı, göy isə – havanı simvolizə edir.