Qazimiz Haqqa yürüdü…

AVMVİB-nin fəal üzvlərindən olan, müharibə veteranı jurnalist Əmrah Cabbarlı sosial şəbəkədə müharibə əlili Bağman Bayramovun vaxtsız vəfatı barədə paylaşımda yazıb:

«Bu gün aldığım acı bir xəbər məni sarsıtdı. Daha bir qazimizi itirdik. Mutudərə kəndini işğaldan azad etdiyimiz gün ağır yaralanmış cəsur döyüş yoldaşımız, Azadlıq və İstiqlal mübarizəmizin fəal iştirakçıısı Bağman Bayram oğlu Bayramov rəhmətə gedib.

Ailəsinə, övladlarına, onu sevənləin hər birinə dərin hüzunla baş sağlığı verirəm.


Allah rəhmət eləsin, məkanı cənnət olsun!

Ağır dağlardan da ağırdır bu qəm,
Bir gözəl oğlunu itirdi aləm.
«

***

AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov da müharibə əlili Bağman Bayram oğlu Bayramovun vaxtsız rəhmətə getməsindən onun döyüş yoldaşlarının kədərləndiklərini bildirib. Mərhumun yaxınlarına döyüş dostları adından başsağlığı verib.

AVMVİB Rəhbərliyi və AVMVİB Binəqədi rayon şöbəsinin rəhbərliyi, döyüş yoldaşları Bağman Bayramovun vəfatından kədərləndiklərini bildirir və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun!

Bu xəbəri paylaşın: