Təbrik:Qurbanəli Osmanov-60

İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür. Belə insanlardan biridə işgüzarlığı, yüksək intellektual səviyyəsi və idarəçilik qabiliyyəti ilə secilən, ömrünün ən məhsuldar dövrünü Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində kecirən, Azərbaycan Vətən Müharibəsi Veteranlarıİctimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB-in Nərmanov rayon şöbəsinin sədri Hörmətli Osmanov Qurbanəli Bayram oğludur, may ayının 4 -də onun 60 yaşı tamam oldu.


Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan, Müharibə Veteranı Osmanov Qurbanəli Bayram oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) rəhbərliyi,

Fədai. Az kollektivi, doğmaları, iş və döyüşcü yoldaşları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,Qurbanəli qoy yaşnızın üstə gələn  bu yaş sizə sevinc dolu günlər bəxş etsin.

Osmanov Qurbanəli Bayram oğlu 1963-cü ilin may ayının 4-də Azərbaycan Respublikasının Ağsu rayonunun Qəşəd kəndində zəhmətkeş ailədə anadan olub.

 1978-ci ildə Ağsu rayonunda Aslan Sultanov adına Qəşəd kənd orta məktəbin 8-ci sinfini , 1980-ci ildə Bakı şəhərində riyaziyyat təmayullu orta məktəbin 10  sinifni, 1990- cı ildə isə Azərbaycan Dövlət Neft- Kimya İnstitutunu bitrib.


1984- 1992-ci illərdə Bakı Məişət Kondisonerləri Zavodunda müxtəlif vəzifələrdə, Bakı şəhər əsalı tikinti və şəhərsalma idarəsində isə təchizat şöbəsinin müdiri vəzifəsində işləyib.
1981- 1983 -cü illərdə Sovet Ordusunun Rusiya Sovet Federativ Sosialist Respublikasının Vladimir Vilayətində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətə olub.
1993- 1995 -ci illərdə Ağdam və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə düşmənə qarşı qətiyyətlə vuruşub.1994- cü ilin yanvar ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Füzuli rayonu istiqamətində) gedən döyüşlərdə yaralanıb.


  Qurbanəli Osmanov 44 gün davam edən və torpaqlarlarmızın azadlığı ilə nəticələnən «Dəmir Yumruq» Əməliyyatlarda hərbi qulluqçularmızın yanında olaraq, döyüşçülər sırasında ön cəbhədə döyüşən oğlu ilə birgə Vətənimizin müdafiəsi üçün əlindən gələn köməyi əsirgəməyib.

O,Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi içində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gələrək, ictimaiyyət, müharibə veteranları işlədiyi kolektiv, dost — tanış, qohum- əqraba arasında özünə layiq hörmət qazanıb.


Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında, xidmət etdiyi hərbi hissəyə və işlədiyi ictimai birliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının, bir sıra Respublika İctimai Birliy sədirlərinin əmrləri ilə müvafiq medallarla, döş nisanları ilə təltif olunub,bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.


QURBANƏLİ MÜƏLLİM 60 İLLİK  YUBİLEYNİZ  MÜBARƏK OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!

Bu xəbəri paylaşın: