Mayın 10-da Vətən müharibəsi şəhidi Zahirli Zahidin Yardımlı rayon Dəlləkli kəndində doğum günü şəhidin məzarı yanında qeyd olunub.
Tədbirdə şəhidin valideynləri, rayon ictimaiyyəti,məktəblilər,AVMVİB-nin Yardımlı rayon şöbəsinin sədri M.Ə.Əliyev və müharibə veteranları iştirak ediblər.
Tədbir iştirakçıları keçdiyi döyüş yolundan və qəhrəmanlığından danışıblar.
Şəhidin məzarına gül dəstələri düzülüb,ruhuna dualar oxunub.
Birinci Qarabağ müharibəsinin şəhidləri Mahir İmanovun və Famil Ziyadovun məzarları da tədbir iştirakçıları tərəfindən ziyarət ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin.





