AVMVİB Beyləqan və Xocavənd rayon şöbələrinin üzvləri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə

«Heydər Əliyev ili» çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) və rayon şöbələri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyini geniş surətdə qeyd ediblər. Müxtəlif tədbirlər keçirilib və abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov və veteranlar Beyləqanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər.

Elçin Qədirov

Bu xəbəri paylaşın: