Sosial şəbəkədə vətənpərvər soydaşımız Tural Tağızadə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin yeni anti milli təklifini haqlı olaraq gündəmə gətirdi:
«Məndə olan məlumata görə, ƏƏSM naziri Sahil Babayev Müdafiə Nazirliyinə təklif verib ki, daha bundan sonra hərbçilərə maaş və digər artimlar olanda bu ehtiyatda və istefada olalara şamil olunmasın. Bu məsələ dəfələrlə Səfər Əbiyevin vaxtında da gündəmə gəlmişdi, lakin Səfər Əbiyev buna sərt etirazını bildirmişdi və imzalamamışdı! Zakir Paşanın iradəsizliyini fürsət bilən Sahil Babayev bir daha məsələni gündəmə gətirmiş və MN rəhbərliyi də böyuk məmnuniyyətlə bu biabirçılığa qol çəkmişdir, qalib məsələnin səs vermə yolu ilə Milli Məclisdən keçməsi.
Bu, ehtiyatda olan hərbi qulluqçulara təhqirdir! Gözləyək, əgər belə bir biabırçılıq baş verərsə ( hansı ki, ehtimal var), o zaman hamılıqla aidiyyatı orqanların qarşısında qanun çərçivəsində öz etirazımızı bildirməklə, haqqızlığa son qoyulmasını tələb etməliyik. Çünkü bu Dövlətə qarşı bir təxtibatdir!»
Bəli, haqlı mövqe bütün hərbçilər tərəfindən dəstəkləndi. Sahil Babayev nazir təyin ediləndən prezidentin verdiyi qərarları təftiş etməklə məşğuldur. Yeni təkliflər əvəzinə düşmən dəyirmanına su tökməyə çalışır. Qanunda filoloji korrektələrlə gündəmə gəlib gülüş hədəfinə çevrilir. Prezidentin fərmanına uyğun olaraq hələ də hərbçilərin təqaüdünün indeksləşdirilməsi arxa plana salınıb. Əlillərin qan pulu ilə bağlı əlini ağdan qaraya vurmayıb. Şikayət və müraciətlərə baxılmır. Veteranlara və bu qəbildən olan şəxslərə bu nazirlikdə bir düşmən münasibəti formalaşdırıb. Bu və daha dəhşətli faktlar barədə araşdırmalarımız yekunaşmaq üzrədir və tezliklə yayınlayacağıq.
Tural Tağızadə daha bir paylaşım edərək, Müdafiə nazirliyi adından Vaqif Dərgahlının cavabını paylaşım edib: » Hüquq şöbəsiylə danışdıq, belə bir məsələ yoxdur. Tam əksinə, biz bu təklifi rədd etmişik və məktubla bu etirazı onlara çatdırmışıq».
Bizə onlarla veteran bu məsələ ilə bağlı müraciətlər etmişdi. Bu məsələni ictimailəşdirdiyinə görə, T. Tağızadəyə öz minnətdarlığımızı bildiririk.
Elnur Səlim

