BSU-nun dosenti koronavirusdan öldü

Bakı Slavyan Universitetinin (BSU) dosenti koronavirusdan ölüb. 

Redaktor.az-ın xəbərinə görə, bu barədə məlumatı Bakı Slavyan Universitetinin prorektoru Xanım Sultanova özünün «Facebook» səhifəsində yazıb.

Prorektor bildirib ki, BSU-nun Rus dili kafedrasının müdiri, dosent Könül Qasımova virus səbəbindən vəfat edib: “Hamı kədər içindədir. Mən ilk dəfə rektorumu belə için-için ağlayan gördüm. Cox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun!”.

Bu xəbəri paylaşın: