Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyinin Yasamal rayon şöbəsinin üzvüləri 26 iyun — Silahlı Qüvvələr Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov məlumat verib.
Tədbirdə Azərbaycan Vətən Veteranlar Müharibəsi İctimai Birliyi Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov və müharibə veteranları şəhid məzarlarını ziyarət edərək məzarları üzərinə gül dəstələri qoyublar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Məkanlari cənnət olsun!
Foto:Orxan Hüseyn







