Müdafiə Nazirliyinin Mətbuat xidmətinə rəis təyin olunub.
Fedai.az-ın əldə etdiyi xəbərə görə, polkovnik Anar Eyvazov 26 İyun — Silahlı Qüvvələr Günü ərəfəsində Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, A.Eyvazov bundan əvvəl nazirliyin Mətbuat xidmətinin rəis müavini vəzifəsində xidmət edirdi. (Qafqazinfo)
