Yardımlı rayonunda müharibə veteranları aztəminatlı ailələrə Qurban payları çatdırıblar.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib.
Belə ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayon şöbəsi Yardımlı rayonunun Avaş kəndində Qurban bayramı ilə əlaqədar aztəminatlı ailələrə, qazilərə və vetranlara, ümumilikdə 30 ailəyə qurban payı təqdim edilib.
Qeyd edək ki, Qurban payını Mayılxan Əliyev özünün və hərbiçi oğlu Faiqin vəsaiti hesabına edib.
Həmin videoçarxı təqdim edirik:



