Təbrik: İslam  Səfərov- 57 — VİDEO

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəbərliyi Müharibə Veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ictimai əlaqələr üzrə müavini İslam Səfərovun doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona  həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.

İslam Səfərov hər iki müharibənin öz həyatında yaşamış müharibə veteranlarımızdandır.

İslam Səfərov 57 il öncə İsnayıllının dilbər və unikal guşələrindən olan Lahıcda dünyaya gəlib. Vətənin çağrışına könüllü səs verənlərdən olub. Döyüşlərdə ağır yaralanıb. Onun müharibə əlilliyi 44 günlük Vətən müharibəsindən kənarda qalmasına mane olmadı. İlk gündən son günədək əsgərlərimizin yanında oldu.

Öz xidməti və ictimai vəzifələrini,hərbi hissə və Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyi  qarşısında  qoyilmuş tapşırıqları gerinə yetirərkən fəriqləndiyinə görə  Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, bir sıra Mərkəzi və yerli  İcra  hakimiyyəti orqan rəhbərlərinin,Azərbaycan ordusunun korpus və briqada komandirlərinin,Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyi sədrinin, Qeyri – hökmət təşkilat  sədrlərinin müvafiq əmirləri ilə bir sıra xatirə medalları və döş nişanı  ilə təltif olunub. Bir cox fərmanlarla və qiymətli hədiyyələrlə təltif edlib və ona təşəkkur elan edlib.

Doğum günün mübarək olsun İslam müəllim 100 yaşa sağlam yaşa!

Bütün gözəlliklər sənin olsun!

AVMVİB- in mətbuat xidməti

Bu xəbəri paylaşın: