Bill Klinton (XXI əsrə keçərkən, 1999-cu ildə), 20-ci əsrin ilk əlli ili Osmanlı imperiyasının mirasının bölüşdürülməsi nəticəsində meydana gələn dəyişikliklər ilə keçdi. 21-ci əsrin ilk əlli ili də, Türkiyənin alacağı doğrultuyla şəkillənəcək» formasında bir qiymətləndirmə etmişdi. Bənzər fikirlər, qısa bir müddət sonra, ABŞ siyasətini müəyyənləşdirən Corctaun Universitetində təkrarlandı …
Türkiyənin iqtisadiyyatı böhran keçirirdi və BVF ilə danışıqlar aparılırdı. O dövrdə 70 sentə ehtiyacı olan bir ölkə idi. XXI əsrin ilk əlli ilini necə müəyyənləşdirəcəkdi? Bu sözlər nə anlama gəlirdi? …
Türkiyənin gələcəyinə aid bir başqa şərh, Türkiyə-Avropa Birliyi Qarışıq Parlament Komissiyasının həmsədri Daniel John Benditdən gəldi. Bendit, Türkiyənin qarşısında iki yol olduğunu söylədi. O, Avropa Birliyinə bağlanmaya Barselona yolu və Kamalizmə qoşulmağa isə Bağdad yolu demişdi. Kamalizmə meyli milli dövləti möhkəmləndirəcək yol Avropadan imtina edilməsi deməkdir. O, Avropaya yönələn yolun Kamalizmin aradan qaldırılmasına gətirib çıxaracağını söylədi …
Eyni dövrdə bu mövzuda ABŞ-dan başqa rəsmi bir şərh gəldi. ABŞ Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) və ABŞ Milli İstihbarat Şurası (NIC) 2001-ci ildə hazırladığı Global Trends — 2015 adlı hesabatda, belə deyilirdi: «Türkiyədəki inkişaf, qlobal gəlişmələrə bilavasitə təsir edəcəkdir … Türkiyənin 2015 — ci ilə qədər, daxili sabitlik ilə geosiyasi (dövlət siyasəti ilə coğrafiya arasındakı əlaqə) mövqeyindəki inkişafıyla, bu bölgəyə, Qərb dünyasına və Amerika maraqlarına böyük təsir göstərəcəkdir.»
Bütün açıqlamalarda ümumi bir narahatlıq və araşdırma mövcud idi. «Türkiyənin alacağı doğrultu» Qərb üçün həqiqətən əhəmiyyətli idi …
Yaratdığı Kamalist hərəkatla, 20-ci əsrin dünya siyasətinə forma verən Türkiyə, 28 fevral prosesi Ordudakı Atatürkçü rəhbərlik səbəbiylə, eyni gizli gücü 21-ci yüz illiyə girərkən də daşıyırdı. Atatürkçülük və Yeni-Osmanlıcılıqla bir yol ayrıcına gəlmiş olan Türkiyə, Atatürkçü yolu seçə bilər, az inkişaf etmiş ölkələrə qloballaşmaya qarşı bir nümunə ola bilərdi. Başqa sözlə, Atatürkün əsrin sonlarında əldə etdiyi yola gələ bilərdi. Bu Qərb üçün yolverilməz idi. Belə bir inkişafın qəti olaraq qarşısı alınmalıydı…
… İkinci şərt, Türkiyənin ordusu başda olmaq üzrə nəzarət altında tutulması və sahib olduğu gücün Orta Şərqdən olmaq üzrə qloballaşma istiqamətində istifadə edilməsi idi.
`… Türk Ordusu ya istifadə edilməli ya da zəiflədilməliydi. Qərbin istəyi dəqiq idi. Klinton və Bendit, rəsmi qurum və təşkilatlar bunu bunu açıqlayırdı…
Qaynaq: Metin AYDOĞAN «Mən və Ölkəm»
