«Elza Seyidcahanın üzv olduğu Yazarlar Birliyində qalmağımı özümə təhqir hesab edirəm» — Tanınmış şair istefa verdi

Mürvət Qədimoğlu Həkəri

Xəbər verdiyimiz kimi bəstəkar-müğənni Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv qəbul edilib. Xalq yazıçısı, AYB-nin sədr müavini Çingiz Abdullayev E.Seyidcahana üzvlük vəsiqəsini təqdim edilib. Bu da  birmənalı qarşılanmayıb və qələm adamları tərəfindən kifayət qədər etiraza səbəb olub.
Tanınmşı şair, publisist, 1994-cü ildən AYB-nin üzvü olan Mürvət Qədimoğlu Həkəri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə istefa ərizsi ilə müraciət edib:
«Sizdən  xahiş edirəm ki, Elza Seyidcahanın üzv olduğu Yazarlar Birliyində qalmağımı özümə, Azərbaycan ədəbiyyatına və Azərbaycan oxucusuna təhqir hesab etdiyimdən, məni AYB-nin üzvlüyündən azad edəsiniz», — ərizədə qeyd olunub.

(Manevr)

Bu xəbəri paylaşın: