Şəhid Ülvi Məhərrəmovun anım günü qeyd edilib

Sumqayıtda 44 günlük Vətən müharibəsində şəhid olmuş Məhərrəmov Ülvi Tahir oğlunun anım günü qeyd edilib. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin əməkdaşları , rayon ictimaiyyətinin nümayəndələri ,din xadimləri və şəhidin yaxınları iştirak ediblər. Öncə  Sumqayıt şəhər Şəhidlər Xiyabanı ziyarət edilib, Ülvi Məhərrəmovun məzarına əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Bu barədə AVMVIB sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyyə Rəhimov məlumat verib.

Mərasimdə çıxış edənlər bildiriblər ki, Azərbaycanın müzəffər ordusu cəmi 44 gün ərzində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi. O da qeyd edilib ki, Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrinin sosial problemləri hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Vurğulanıb ki, Azərbaycan xalqı Qarabağın azadlığı uğrunda tarix yazan qəhrəmanlarımızı daim fəxrlə və iftixarla anacaq.

«Qubadlı » mərasim evində şəhidin xatirəsinə ehsan süfrəsi təşkil edilib.

Bu xəbəri paylaşın: