Neftcala RMX -da qazilərə göstərilən qayğı

Mübariz Hüseynov AVMVİB Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini

Qazilərin ən çox müraciət etdiyi idarə və müəssəsələrdən biri də XƏSTƏXANADIR.

Müharibənin qanlı-qadalı günləri qazilərdə buraxdığı psixoloji problemlərdən meydana gələn xəstəlik, qazilərimizin tez-tez həkimlərə müraciət etmək məcburiyətində qalırlar. Xəstəxana hər zamankı kimi insanlarlarla dolu olduğundan, həkimlərində xəstə sayının çox olduğundan, yorulduqlarını nəzərə alsaq, o zaman ortaya faciəvi bir mənzərə çıxır.

2020-ci ilin sentyabırın 27-dən sonra torpaqlarımızın azad olunması ilə əlaqədər “Dəmir Yumruq” əməlyatından yaralanmış qazilərimiz Neftçalanın mərkəzi xəstəxanasına gətirildilər.

Biz Azərbaycan Vətən Muharibəsi Vetiranlarının İctimayi Birliyi (AVMVİB) olaraq qazilərimizə baş çəkdiyimiz zaman gördüklərimiz və eşitdiklərimiz və bugün də davam edən qazilərə olan isti münasibəti qələmə almaq istədim.

Neftcala RMX PHŞ-nin direktoru Quliyev Elman Mətləb oğlu  başda olmaqla, xəstəxananın bütün həkim və tibbi heyyəti gələn qazilərimizə qucaq açaraq, onlara ana nəvazişi, ata qayğısı göstərərək, gecəli gündüzlü xidmətlərində oldular. Əlbətdə ki, həkimlərin ilkin vəzifələri xəstələrə yardım göstərməkdir, lakin həmin günlər insanlarda başqa bir abu hava, ruh yüksəkliyi, yorulmaq bilməyən həkim və tibb kolektivini görürdük.

Quliyev Elman Mətləb oğlu Neftçala RMX PHŞ-nin direktoru

Heç yadımdan çıxmaz, əsgərləri evlərinə yola salarkən kiminin anası, kimininsə qohun- əqrəbası öz maşınları ilə yanlarına gələrək, həkim və tibb bacılarının nəzarəti altında onları maşınlara mindirirdilər. Lakin bir əsgərin yanında sadəcə həkim və tibb bacısı var idi.

Kimsə — “oğlum sənin valideynlərinin xəbəri yoxdurmu ki, bu gün sən evə dönəcəksən?”

Yaralı Qazimiz  başını aşağı dikərək — “mən kimsəsizlər evindən əsgərliyə getmişəm”

Xəstəxananın baş həkimi Elman doktorun gözləri dolaraq əsgəri qucaqladı və — “Bugündən etibarən sən bizim evladımızsan, əsgərliyini bitirdikdən sonara gəl bura, sənin üçün hər nə lazımsa biz xətəxana olaraq öz üzərimizə alacayıq.” Dedi və için-için ağlayaraq əsgəri qucaqladı.

Bir zamanlar yazdığım şeir yadıma düşdü.

İnsanın insana xoş məhəbbəti

Birdə gülər üzü, sözü lazımdır

Südüdə qatıqa çevirmək üçün

Bir qaşıq qatığın özü lazımdır

Bəli həqiqətən də elədir, ağır kələ beyin travması almış əsgərə bu sözlərdən başqa heçnə lazım deyildi.

Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyevin əmri ilə yerlərdə gənc kadrların işə götürülməsi siyasəti bizim Neftçala rayonunda da müsbət həllini tapmışdır.

Belə ki, Neftçala rayonunun icra başçısı Mirhəsən Seyyidov Mərkəzi xəstəxananın baş həkimi Elman həkim və xətəxanada qazilər üzrə köməkçi, 44 günlük Vəntən müharibəsinin iştirakçısı və bu məqalənin mənə yazdırmaq məcburiyyətində buraxan insan kimi insan, yüksək əxlaqa sahib olan Neftçala RMX PHŞ-nin Müharibə iştirakçıları ilə iş üzrə şöbənin mütəxəssisi qazi İsgəndərov Əlfağa Qalib oğlu Ali baş komandanın neçə gözəl bir siyasət yürütdüyünün bariz nümunəsidir.

Neftçala RMX PHŞ-nin Müharibə iştirakçıları ilə iş üzrə şöbənin mütəxəssisi

Bu gün hər hansı bir qazimiz Neftçala rayonunun mərkəzi xəstəxanasına daxil olduqda və qazi vəsiqəsini təqdim etdiyi an resepsiyondan olan tibb bacılarının birinci işi Qazi Əlfağa Qalib oğlunu çağırmaq olur.

Qazilərin dilini ən gözəl bilən yenə də qazidir. Məhs bu səbəbdən də Baş həkim Elman həkimin göstərişi ilə xəstəxanada qazilərin problemi ilə yaxından maraqlanmaq onlara yardım etmək məqsədi ilə Qazi Əlfağa Qalib oğluna həvalə edilmişdir.

Xəstəxanada bir çox qazilər muhavizə görəvində çalışırlar və bununla da bilinmir ki, bizim Neftçala icra hakimiyyəti ilə birgə Baş həkim Elman doktor necədə qazilərin qeydinə qalırlar.

İndi isə bugünkü günün qəhramanı  qazi Əlfağa Qalib oğlu barəsində.

Əlfağa gənc olmasına baxmayaraq onun simasında sanki bir ağsaqqal nuraniliyi var, gələn qazilərlə danışığı, onlarla olan gözəl rəftarı, qazilərimizin sevincinə nədən olmaqla bərabər, xəstəliklərinin qisməndə olsa azalmasına səbəb olur.

Lazım olan həkimlərə apararaq, növbədən kanar qəbul edilməsi, tibbi müayinə  və s. işləri deyə-deyə gülə-gülə  Əlfağa Qalib oğlu qazilərimizin ürəyində bir taxt salmışdır.

 AVMVİB-nin üzvləri dəfələrlə Əlfağa Qalib oğluna müraciətində hərzaman razı qalmışlar.

Əlbətdə ki, iş olduğu yerdə bəzi çatışmamazlıqlar olmalıdır.

Dahi bir filosofun sözü ilə desək “Bir işdə narazılıq varsa demək o işdə irələyiş var”

Bəzi qazilərimiz əgər hər hansı bir narazılığı varsa, onun səbəbi onun özündə olması gərəkir ki, o vaxtında  AVMVİB müraciyyət etməyib və onun hər hansı bir problemindən bizim təşkilatın xəbəri yoxdur.

Bu vaistə ilə Neftçalada və diyər rayon və şəhərlərdə yaşayan qazi qardaşlarıma müraciət edərək bildirmək istəyirəm ki, AVMVİB hər zaman sizləri dinləməyə hazırdır.

90 minlik üzvü olan AVMVİB sədri Fizuli Rzaquliyevində tapşırığı məzh bu yöndədir ki, Azərbaycanda olan bütün qazilərin sorunlarını aradan qaldırmaq üçün əlimizdən gələn hər bir işi görməyə hazırıq.

Başda AVMVİB sədri Fizuli Rzaquliyev və 90 min qazi üzvləri adından  o cümlədən AVMVİB Neftçala şöbəsi adından  Neftçala RMX PHŞ-nin direktoru Quliyev Elman Mətləb oğlu  başda olmaqla, xəstəxananın bütün həkim və tibb heyyətinə və canımız qədər əzizi olan Qardaşımız Qazi Əlfağa Qalib oğluna dərin minətdarlığımızı və təşəkürlərimizi bildiririk.

( İş otaqlarında şəhidlərin portireti olan Qazilərə hər zaman diqqət və qayğı göstərən Əzizlərimdən Süsən həkim, Şölə həkim, Oktay həkim, Çəfər həkim, Fizuli həkim, Mayis həkim və digər həkimlər barəsində isə yaxında çıxacaq məqalədir.  Ardı var )

Bu xəbəri paylaşın: