Molla rejimi Lisaniyə 15 il həbs və 2 il sügün cəzası verdi

İran Ali Məhkəməsi Güney Azərbaycanlı soydaşımız Abbas Lisani haqqında çıxarılan 15 il həbs və 2 il sürgün cəzasını təsdiqləyib.


Ona qondarma ittihamlarla verilən cəza müddəti iki dəfəyədək artırılıb.

Uzun illər ərzində Güney Azərbaycanlı soydaşlarımızın hüquq və azadlıqları uğrunda mübarizə aparan Abbas Lisani belə fəaliyyətinə görə əvvəllər də dəfələrlə həbs edilib. Özünə, ailəsinə, yaxınlarına olan təzyiqlərə baxmayaraq mübarizəsini davam etdirib.


Ali Məhkəmənin qərarından sonra son sözündə də bu mübarizəsini sonadək davam etdirəcəyini bildirib.


Lisani deyib: «Hökm nə olur olsun, ömürlük həbs və ya edam olması heç fərq etməz. Tək bir addım geri atmayacağam. Bədənimdən tək bir zərrə qalsa da yenə də millətim və vətənim Azərbaycan yolunda mübarizəmə davam edəcəyəm!»

Bu xəbəri paylaşın: