AVMVİB- nin təşkilatçılığı ilə»Şəhidlər zirvəsi» adlı tədbir keçirilib

Xəbər verdiyimiz kimi, 7 noyabr 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən,  əzəməti ilə tarixləşən və dünya tarixində xüsusi əhəmiyyət kəsb edən Əlincə qalasının yüksəkliyi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirələrinin əbədiləşdirilməsi məqsədi ilə» ŞƏHİDLƏR ZİRVƏSİ » adlandırılmışdır ki, bu qürurlu və iftixarlı hadisə 2023 cü il, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində sənədli film kimi lentə alınaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən lisenziyalaşdırılmışdır.

Adıçəkilən filmin 18.07.2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi və Nizami Kino Mərkəzi təşkilatı dəstəyi ilə Nizami Kino Mərkəzində təqdimat törəni baş tutub.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub.

Tədbirdə Şəmistan Əlizamanlı — «Zəfər», Rəşad İsmayıl — «Qvardiya Marşı», MifAzərbaycan rəqs qrupu — «Ata vəsiyyəti» , Nuriyyə Hüseynova — «Gittiler«,Rza Zaman, Rəşad Nəcəfli — «Türkün qartalları« , Bəsti Qasımova — «İrəli bax» ,Nurlan Ordubadlı — «Yaşa Azərbaycan» mahnılarını ifa ediblər.

» ŞƏHiDLƏR ZiRVƏSi » adlı sənədli filmin nümayişi olunub.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən sənədli filmin yaradıcı heyəti təltif olunub.

Təltifləri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov təqdim ediblər.

Füzuli Rzaquliyev vurğulamışdır ki, Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə və qazilərə diqqətlə yanaşmaq hər bir vətən övladının borcudur.O qeyd edib ki şəhidlər daima zirvədədir və ümid edirəm ki ,digər zirvələrimizə də şəhidlərimizin adı veriləcəkdir.Sədr tədbir iştirakçılarına O taylı bu taylı Azərbaycan diləmişdir.

AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov tədbirn ərsəyə gəlməsind əməyi olan hər bir şəxsə öz minnətdarlığını bildrmişdir.Vahid Abdurəhmanov bildirmişdir ki,Şəhidlərimizin Vətən və bizlər üçün etdiklərini heç vaxt unutmamalıyıq.

Sonda qazilərin  ifasında bəstəkar ,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri üzvü Fərahim Sadiqin bəstələdiyi»Əsgərnamə»  elegiyası səsləndirilmişdir.

AVMVİB sədri Füzuli Rzaquliyev Şəhid bacısı Həqiqət Məmişova

Bu xəbəri paylaşın: