Bölgədə yaşayan müharibə veteranlarının birgə fəaliyyətlərini təmin etmək məqsədiylə fəaliyyətsiz rayon şöbələrinin rəhbərliyi dəyişdirilir və daha fəal müharibə veteranları ilə əvəz edilir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Neftçala rayon şöbəsinin sədri Mustafayev Şakir Qüdrət oğlu tutduğu vəzifədn azad olunub.
AVMVİB sədri Füzuli Rzaquliyevin digər əmri ilə müharibə veteranı Hüseynov Mübariz Eldar oğlu AVMVİB Neftçala rayon şöbəsinə sədr təyin olunub.


AVMVİB sədri Füzuli Rzaquliyev Mübariz Hüseynovu təbrik edərək, gələcək fəaliyyətində, xüsusən Neftçala rayonunda müharibə veteranlarının ictimai fəaliyyətinin təşkilində öz bilik və bacarığından istifadə edəcəyinə əmin olduğunu bildirmişdi.
Mərasimdə Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyi (AVMVİB) sədrinin müavini Vahid Abdurəhmanov və MNTK sədri Niyazi Quliyev iştirak ediblər.

AVMVİB sədrinin müavini Vahid Abdurəhmanov öz növbəsində Mübariz Hüseynovu təbrik edərək yeni təyinatın Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə o cümlədən AVMVİB Neftçala rayon şöbəsinə uğurlar gətirəcəyini qeyd etmişdir.
AVMVİB NTK sədri Niyazi Quliyev AVMVİB Neftçala rayon şöbəsinin yeni sədrini təbrik edərək uğurlar diləmişdir.
Mübariz Hüseynov göstərilən etimada görə AVMVİB sədri Füzuli Rzaquliyevə və AVMVİB Rəhbərliyinə öz minnətdarlığını bildirib və öz işiylə bu etimadı doğrultmağa çalışacağını qeyd edib.
AVMVİB Mətbuat Xidməti

