Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbə sədrinin Gəncədə yerləşən N saylı hərbi hissədəki
əsgərlərlə ilə görüşü.
Bir zamanlar həmin hərbi hissədə xidmət etsəmdə bu gedişimdə hərbi hissəni tanıya bilmədim. Hərbi hissənin içərisi tam bir cənnət bağı, ağaclıqlar, güllər adamı valeh edirdi.
Əsgərlərin geyimi, yataq otaqları və s…. gördükdə 1996 – cı ildə Türkiyə Respublikasına gedərkən gördüyüm mənzərə gözümün önündə canlandı.
Ali Baş Komandirin hərbiyə göstərdiyi diqqət və qayğı əsgərlərin üz ifadələrindən anlaşılırdı.

Evdən apardığımız ərzaqları yemeye belə meyil göstərməyən əsgərlər “Komandir vallah yerimiz yoxdur biz ac deyilik” ifadələri məni sevinc qəhərinə boğurdu.
Əsgər Hüseynzadə Əlimirismayıl (oğlum) oda “Ata deyəlimki onlar utanır ya mən ? həqiqətəndə toxuq yeməyə yerimiz yoxdur” deyirdi.
Biz qazilər biri-birimizə baxır hər birimizin içindən keçənləri anlayırdıq. Bir zamanlar var idi ki, əziyyət çəkən qan-qadanın içində olanlar, indi bu mənzərəni gördükdə dövlətimizin necədə gücləndiyini əsgərlərimizin necədə ruh yuksəkliyi ilə xidmət etdiyinin şahidi olduq.

Neftçala və digər rayonlarda yaşayan əsgərlərlə qısa da olsa söhbət etdik.
Bir zamanlar torpaqlarımızın 80%-nı qoruyub saxlayan igidlərimizin və 44 günlük savaşın Ali Baş Komandanın əmiri altında qazandığımız qələbələrdən, torpaq, vətən, bayraq dedikdə onların uğrunda gözlərini bir an belə qırpmadan şəhadət şərabı içən Şəhidlərdən igid, mərd qazilərdən danışaraq Neftçala Rayonunun İcra başçısı Mirhəsən Seyidovdan, Neftçala Rayon Polis Şöbəsi Rəisi Vüsal Şəbəndiyev, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, Rayon Ağsaqqallar şurasının və o cümlədən Neftçala sakinlərindən olara qucaq dolusu salamlar gətirdiyimi bildirdim.
Əsgərlərimizin isə mənimlə Neftçala əhalisinə, ailələrinə və bütöv Azərbaycana çatdırası bir xahişləıri vardı.
Cənab Ali Baş Komandirin dediyi kimi “Biz bir dəmir yumruq kimiyik Yaşasın Azərbaycan QARABAĞ AZƏRBAYCANDIR!”
Hörmətlə: AVMVİB Neftçala rayon şöbə sədri Mübariz Hüseynov.
