Ağdərə Qazilərinin növbəti dostluq görüşü keçirildi — VİDEO

Görüş Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  (AVMVİB) Ağdərə rayon şöbəsinin sədri Azərbaycan xalqının qəhrəman oğlu İmanov Nağı Novruz oğlu tərəfindən təşkil edilmişdir.

Toplantı zamanı Rusiya Federasiyası Azərbaycanlılarının Müharibə İştirakçılarına Yardım-Fədailər qrupu və AVMVİB-nin Rusiyadakı səlahiyyətli nümayəndəsi və Fəxri üzvü ölkəmizdən kənarda Azərbaycanı layiqincə təmsil edən soydaşımız Nəzərov Cavid Həbulla oğluna bütün təşkilat üzvləri adından təşəkkür edildi .

«Fədailər » qrupu həmişə olduğu kimi,bu dəfə də maddi durumu aşağı olan qazilələrə yardım etmişdir.

Müzakirə və fikir mübadiləsi zamanı qazilər bildirdilər ki,tezliklə qədim türk yurdu olan Ağdərə torpağında da Azərbaycan Bayrağı dalğalanacaq və biz doğma yurdumuzada əbədi olaraq firavan yaşayacağıq.

Ağdərə qaziləri və Ağdərə sakinləri həmişə dövlətin və dövlətçiliyin qorunmasında həm Ulu Öndərin,həmdə cənab prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləmişdir və bundan sonra da bu əqidəyə sadiq qalacaqlarını bildirdilər.Hər an dövlətimizin suverenliyinin təmin olunması üçün canlarından keçməyə hazır olduqlarını qeyd etdilər.

Qyd edək ki, Cavid Nəzərov Həbulla oğlu daima qazilərin ,şəhid ailələrinin yanıdan olub və onlara maddi və mənəvi dəstək gösrərib. Xeyirxah bu insan hər dəfə «Fədailər» qrupunun yaxın zamanlarda qurbanları Ağdarə rayonunda kəsəcəyini qeyd edb.Ürəyi vətənlə döyünən Cavid Nəzərovun arzusu Allahın köməkliyi ilə Müzəffər Ali Baş Komandanın və qəhrəman övladlarımızın sayəsində həyata keçəcəyinə əminik.

Var ol ,vətən sevdalı, yurd həsrətli insan!

Kərim Novruz

Bu xəbəri paylaşın: