Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev növbəti erməni həyasızlığından danışdı.
Növbəti erməni həyasızlığı, erməni qaraçılığı və ona züy tutan dövlətlər nə qədər çalışsalar da dövlətimizin qətiyyətli mövqeyi dəyişməyəcək. Çünki güclü və qüdrətli ordumuz var. Dövlətimizin qanunları var. Doxsan minlik veteran ordumuz dövlətimizin yanındadır. Ali Baş Komandanın iradəsi ilə biz müəyyən olunmuş məntəqələrdə post qurub növbəli şəkildə xidmət etməyə hazırıq.
Birdəfəlik bunları öz yerində oturdub yerlərini tanıtmaq, burunlarını birdəfəlik ovmaq lazımdır. Koronavirus ilə bağlı bizim bütün dövlətlərlə sərhədlərimiz bağlıdır. Məsələn, Rusiya ilə, Gürcüstan ilə, İran ilə, qardaş Türkiyə ilə yerüstü sərhədlərimiz bağlı olduğu halda bizimlə sülh müqaviləsini uzadan, düşmənimiz olan bu quldur və bu həyasız qaraçılar fason verir, narazılıq edirlər. Dövlətin qanunu var. Qanun bir tərəf üçün işləyə bilməz. Təsəvvür edirsiniz bunların həyasızlıqları hansı həddədir?
Bir daha qeyd etmək istərdim ki, üçtərəfli 2020-ci il 10 noyabr bəyanatına əsasən, orada olan silahlı erməni quldurları tərksilah olmalı idi. Xüsusilə erməniməramlı şər qüvvələrin torpaqlarımızı tərk etməyinə iki il qalıb.
Təcili olaraq şərməramlı qüvvələrin əli ilə ya erməni quldurları tərksilah edilməlidir, ya da Silahlı Qüvvələri yerdə qalan ərazilərdə də Azərbaycan Respublikasının konstitusion hüquqlarını bərpa etməlidir.
Azərbaycan Vətən Mühharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tam heyətlə Ali Baş Komandanın tapşırıqlarına daim müntəzirdir.
Rusun sözünə ,Erməninin sədaqətinə ,Farsın ibadətinə heç vaxt inanmayın.İnşallah yaxın zamanlarda hər üçüdə laiqli cəzasını alacaqdır.
Tanrı yar və yardımçımız olsun.
Allah millətimizi, ordumuzu, Ali Baş Komandanımızı qorusun! .