AVMVİB daim müharibə veteranları və şəhid ailələrinin problemlərinin həllində daim onunla birgə olan soydaşlarımızı öz üzvlərindən ayırmır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin əmri ilə Birliyin fəxri üzvü Samir Abdullayev Vaqif oğlu AVMVİB-nin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi təyin olunub və Xatirə medalıyla təltif edilib.


«Milli Ordu-100» Xatirə medalınl Samir Abdullayevə AVMVİB sədri Füzuli Rzaquliyev təqdim edərək təbrik edib .Füzuli Rzaquliyev belə təqdimatların yaxın zamanlarda Xankəndində keçiriləcəyini bildirib.
Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyi (AVMVİB) sədrinin müavini Vahid Abdurəhmanov MNTK sədri Niyazi Quliyev də təbriklərə qoşulublar.


