Ad günün mübarək, şəhidim

Vətən Müharibəsi başlayandan 29 yaşında cəbəyə könüllü yollanan şəhid leytenant Siyavuş Muradovun bu gün 32 yaşı tamam olur.

Şəhidin doğum günü münasibəti ilə Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbinin direktoru ,şəhid bacısı ,AVMVİB -in Fəxri üzvü Həqiqət Məmişovanın təkilatçılığı ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev ,AVMVİB Sabunçu rayon ümumi şöbənin müdiri Həsən İmanov AVMVİB -in üzvü Məzahir Orucov , qəhrəman şəhid Siyavuş Muradovun valideyinlərin ziyarət ediblər və doğum gününü şəhidin evində qeyd ediblər.

ŞƏHİDLƏR şəhadətə ucaldığı yaşdadırlar

Baş leytenant Muradov Siyavuş Akif oğlu 1991-ci il avqustun 5-də Beyləqan rayonunda anadan olub. Sonra ailəsi Bakıya köçüb. 192 saylı orta məktəbdə oxuyub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Hərbi Dəniz Qüvvələrində xidmətini başa vurandan sonra Daxili Qoşunlarda hərbçi kimi fəaliyyət göstərməyə başlayıb. Sonra Milli Ordu sıralarında zabit kimi xidmət göstərib.

Azərbaycan Ordusunun leytenantı olan Siyavuş Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Siyavuş Muradov oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyavuş Muradov ölümündən sonra «Vətən uğrunda» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif olunub.

Cənnətdəki doğum günün mübarək ,ŞƏHİDİM

Bu xəbəri paylaşın: