Stalin haqqında lətifələr

  1. Stalinqradın adını dəyişib Volqoqrad qoyandan sonra o biri dünyadan teleqram gəlir: «Razıyam, İosif Volqin».
  2. Mavzoleydə yazı: «Burda 1953-ci ildən 1956-cı ilə qədər İ.V.Stalin müvəqqəti hökumətdən gizlənib».
  3. Müğənni əvvəlcədən öz uğurunda əmin idi.
    — Pis əl çalsalar, Stalin haqqında oxuyacam!
  4. -Şəxsiyyətə pərəstiş varmı?
    — Pərəstiş hələ var, ancaq şəxsiyyət yoxdur.
  5. Xruşşovla Bulqaninın hakimiyyəti Stalinin hakimiyyətindən nə ilə fərqlənib?
    — Şəxsiyyətə pərəstiş ikiüzlülüyə pərəstişlə əvəzləndi.
  6. Stalin çıxış edir:
    — Yoldaşlar! Dünən yoldaş Kirovu öldürüblər…
    — Kimi öldürüblər?
    — Kimi, kimi…Yoldaş Beriya, deyin bunlara.
    — Kimi lazımdır, onu da öldürüblər.
  7. Öldürülmüş Kennedi o dünyaya gəlib. Qapını açıb, əlində balta dayanan Stalini görüb qorxur.
    — Qorxma, keç. Səni gözləmirəm.
  8. — Yoldaş Stalin, burda Sizə oxşar adam tapıblar. Sifət, bığ, qəlyan…
    — Yox edin.
    — Bəlkə, ancaq bığını qırxaq?
    — Elə də olar. Bığını qırxın və yox edin…
  9. Bir gün Stalinə Puşkinin şeir yazdığı yerdə heykəlini göstərirlər.
    — Yaxşıdı, ancaq bir qədər müasirlik olmalıdır. O biri layihəni göstərirlər: Stalin Puşkinin əsərlərini oxuyur.
    — Yox, bu tarixi cəhətdən düzdür, ancaq siyasi cəhətdən səhv.
    Üçüncü layihəni göstərirlər: Puşkin Stalinin əsərlərini oxuyur.
    — Bu siyasi cəhətdən düzdür, ancaq tarixi cəhətdən düz deyil.
    Sonuncu layihə belə idi: Stalin Stalinin əsərlərini oxuyur.
  10. Stalin fəhlələr qarşısında çıxış edir:
    — Mən fəhlə sinfinə görə bütün qanımı damla-damla verməyə hazıram. Zaldan kağız gəlir: «Hörmətli İosif Vissarionoviç! Niyə uzadırsız? Hamısını birdən verin!»
  11. Stalin Beriyaya qəlyanının itdiyini deyir. Səhər isə qəlyanı tapdığını deyir. Beriya cavab verir:
    — Mən artıq 25 nəfəri həbs etmişəm. Hamısı da qəlyanı oğurladığını boynuna alıb.
  12. Kişi küçəyə əlində yekə şuarla çıxır: «Xoşbəxt uşaqlığımıza görə sağ olsun yoldaş Stalin». Camaat onun başına yığışıb deyir:
    — Başın xarab olub? Sən anadan olanda Stalin ölmüşdü.
    — Ona görə də ona sağ ol deyirəm.
  13. — Görürsən, maşın gedir?
    — Görürəm.
    — Beşilliyin sonunda maşınlar bir-birinin ardınca gedəcək.
    Görürsən, traktor gedir? Beşilliyin sonunda traktorlar bir birinin ardınca gedəcək.
    Kişi kəndə qayıdıb hamını başına yığıb deyir:
    — Görürsüz, dilənçi gedir?
    — Görürük.
    — Beşilliyin sonunda onlar bir-birinin ardınca gedəcək. Görürsünüz, ölü aparırlar?
    — Görürük.
    — Beşilliyin sonunda onları bir-birinin ardınca aparacaqlar.
  14. -SSRİ-ni kim yaradıb?
    — Stalin!
    İsraili kim yaradıb?
    — Stalin!
    -Bütün bunlarda kim günahkardı?
    — Yəhudilər.
  15. Bir gün Stalin aviakonstruktor Yakovlevi yanına çağırıb tapşırıq verir: üç aya dünyada ən yaxşı qırıcı təyyarə düzəltmək. Yakovlev etiraz edib bildirir ki, amerikalılar belə bir layihənin hazırlanmasına yarım il sərf edirlər. Stalin:
    — Siz amerikanlısız?
    Üç aya təyyarə hazır olur.
Bu xəbəri paylaşın: