Qarabağ muharibə veteranı, ikinci qrup əlil DİN-inin XTPD -nin əməkdaşı haqqında tanıtım etmək istəyirəm.
Tanıyin, tanıdin.
Kərimov Taleh Talıb oğlu 1991-ci ilin əvvəlindən XTPD-nin sıralarında xidmətə başlayıb. DİN-nin keçirdiyi bütün əməliyyatlarda fəal iştirak edib. Xüsusilə, bir neçə əməliyyatı qeyd etmək istərdim ki, bu əməliyyatlarda fəallığı və rəşadətilyə fəqlənib.
Şuşa şəhəri və ətraf kəndləri olan Kosalar, Mixətək, Kərkicahan, Malıbəyli kəndləri uğrunda gedən döyüşlərdə fərqlənib. Ağdərə şəhəri və kəndləri uğrunda gedən döyüşlərdə fəal istirak edib ağır yaralanıb. Ağdərə rayonu Çıldıran kəndi uğrunda gedən döyüşdə 1992-ci ilin oktiyabr ayinda sol dirsək sümüyünü güllə dağıdib. İkinci dəfə Məlikli kəndinin müdafiəsində 1993-cü ilin noyabr ayinın 5- də partlayış nəticəsində kəllə- beyin travması alib.
Xidmət dövrundə dəfələrlə DİN, həm də MN tərəfindən döyüşdə göstərdiyi çeviklik və cəsarətinə görə komandanlıq tərəfindən muxtəlif mukafatlarla mukafatlandirılib.
Bu gün Kərimov Taleh Talıb oğlu ağır xəstədir. Təcili qara ciyəri əməliyyat olunmalıdır. İnaniram ki, qazımızin müalicəsinin bütün maliyyə məsrəfləri dövlətimiz tərəfindən tam ödəniləcək.
Sadiq Qədirli

