Müharibə veteranları ilə bağl Nazirlər Kabinetinə təkliflər olundu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev və təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin qəbulunda olmuşlar. Hər iki görüşün mövzusu AVMVİB-in təmsil etdiyi təbəqənin problemlərinin aidiyyəti orqanlara çatdırılması olmuşdur.

İlk növbədə müharibə veteranlarının işlə təmin olunması, ixtisaslı veteranlarımızın kadr potensialından istifadə edərək onların işlə təmin olunması məsələləri müzakirə olunmuşdur, daha sonra I Qarabağ müharibəsi veteranlarına da «Vətən müharibəsi iştirakçısı» medalının verilməsi təklif kimi diqqətə çatdırılmışdır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) hesab edir ki, bu məsələnin həll edilməməsi ayrıseçkilik yaradır. Çünki «Vətən müharibəsi iştirakçısı» medalı  44 günlük Vətən müharibəsi iştiralşılarına verilir, amma I Qarabağ müharibəsi içtirakçılarına verilmir. Vətənimiz birdir, bir Vətən uğrunda döyüşmüş şəxslər arasında ayrıseçkilik qoyulması bu insanların haqlı narazılığına səbəb olur. Bu səbəbdən də təkliflərdən biridə I Qarabağ müharibəsi içtirakçılarına da «Vətən müharibəsi iştirakçısı» medalının verilməsi olmuşdur» — deyə sədr müavini Vahid Abdurəhmanov bildirmişdir.

Daha bir aktual məsələ müharibə əlillərinin əlilliklərinin ləğv edilməsi ilə bağlı olmuşdur.

 AVMVİB təmsilçiləri həmçinin yüzlərlə müharibə əlilinin əlilliyinin ləğv olunması və ya onlara əlilliyin verilməməsi səbəbi ilə təşkilata yüzlərlə müraciət daxil olunduğunu və AVMVİB-in Azərbaycan Respublikasında ən böyük aparıcı veteran təşkilatı olduğu üçün onlara daim hüquqi yardım göstərilməsinə çalışdıqlarını nəzərə çatdırmışlar. Bu məsələ ətrafında Baş nazirinin müavinləri ilə görüş zamanı ətraflı müzakirələr aparılmış, bu insanların yaşlarının 60 və onun üzərində olduğu halda onların yaralandığı vaxtdan xeyli müddət keçməsinə baxmayaraq heç bir yerdə reabilitasiya olunmadıqları, əksinə, bu insanların vəziyyətlərinin daha ağırlaşması fonunda bir tərəfdən də onlara təyin olunan  pensiyaların ləğv edilməsi, həm onların ailəsinin maddi durumuna, eyni zamanda həm cəmiyyətdəki də hərbi-vətənpərvərlik tərbiyəsinə mənfi təsir göstərir. Çünki bu veteranların övladları və onun ağır sosial şəraitini müşahidə edən gənc nəsildə inamsızlıq formalaşdırır.

Əslində, dünya praktikasında belədir ki, illər keçikcə yaşa dolan, yaşının üstünə yaş gələn əlillərin xəstəlıkləri daha da ağırlaşır və şiddətlənir. Yəni, illər ötdükcə onların tibbi xidmətlərə və həkim nəzarətinə ehtiyacları, səhiyyə xərcləri artan xətt üzrə inkişaf edir. Əmək və Əhalinin Sosial Müdafəsi nazirliyi 20-30 illik müharibə əlillərinin pensiyalarını  ləğv edir. Əmək və Əhalinin Sosial Müdafəsi nazirliyinin  “bu taktiki gedişlərindən”  belə başa düşməliyik ki, bu illər ərzində bir möcüzə baş vermiş və birdən-birə bu əlillər şəfa taparaq tam sağlam olmuşlar? Halbuki bu mümkün ola bilməz — deyə AVMVİB sədri Füzuli Rzaquliyev vurğulamışdır.

Hökumətə təklif olunan daha bir məsələ isə müharibə veteranlarına verilən 80 manat Prezident təqaüdünün minimum istehlak səbətinə uyğun olaraq artırılması ilə bağlı olmuşdur.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və Baş nazirin digər müavini Şahin Mustafayevlə keçirilən görüşlər zamanı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər paketi təqdim etmişdir. Təkliflər paketində yuxarıda qeyd olunanlardan irəli gələn digər məsələlər də öz əksini tapmışdır.

Qeyd olunan təkliflər arasında Azərbaycanda ən böyük müharibə veteranı təşkilatı hesab olunan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) dövlət büdcəsindən maliyyələşən təşkilatlar sırasına daxil edilməsi ilə bağlı olmuşdur. Çünki AVMVİB 30 ilə yaxındır ki, təmənnasız, ictimai əsaslarla fəaliyyət göstərmiş, 90 min müharibə veteranlarıni öz ətrafında birləşdirərək onların kimlərinsə şəxsi maraqlarına alət olmaması, hüquqları ilə bağlı maariflənməsi, hərbi-vətənpərvərlik ruhunun yüksəlidilməsi istiqamətlərində bir çox əhəmiyyətli tədbirlərin təşkilatçısı olmuşdur və tədbirlər planı həyata keçirilmişdir.

AVMVİB hər zaman öz fəaliyyətində dövlətimizin maraqlarını rəhbər tutan, tək amalı Qarabağın azad edilməsi, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin əmrinə müntəzir olan böyük bir veteran ordusu təşkilatı olaraq son illər imkanların zəif olduğundan «Veteranlar haqqında Azərbaycan Respubilkasının müvafiq Qanununa uyğun olaraq bu gün AVMVİB-ə müəyyən büdcə ayrılsa, daha böyük işlər görə biləcəyi vurğulanmışdır.

AVMVİB Mətbuat xidməti

Bu xəbəri paylaşın: