“Unudulmayan Qəhrəmanlar” adlı sənədli filmin təqdimatı keçirildi

10 avqust 2023-cü ildə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında “Unudulmayan Qəhrəmanlar” Vətən müharibəsi şəhidi Mustafazadə Ceyhun Şükür oğluna həsr olunan sənədli filminin təqdimat mərasimi keçirildi.

Təqdimat mərasimində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Abdurrəhmanov və Birliyin üzvləri Şəhidin döyüş yoldaşları, ailə üzvləri, Şəhid ailələri, qazilər, Suraxanı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Filmin rejissoru, ssenari müəllifləri İlham Rəsulzadə və  Ramiz Ağayev çıxış edərək bildirdilər ki, “Unudulmayan Qəhrəmanlar” adlı ekran işində Şəhid kəşfiyyatçı Mustafazadə Ceyhun Şükür oğlu təkcə döyüş yolu deyil, bütün ömür səhifələri vərəqlənib, onun uşaqlıq dövrü, məktəb illəri, əldə etdiyi uğurlar, iş həyatı filmin süjet xəttinin əsasını təşkil edib.

Filmin nümayişindən sonra çıxış edən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov Şəhid Ceyhun Mustafazadənin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulamışdır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşən Vətən oğullarının torpaqlarımızı azad etdiyini bildirən yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, Ceyhun Mustafazadə və digər şəhidlərimizin xatirələri, əmanətləri heç vaxt diqqətdən kənar qalmayacaq, unudulmayacaqdır. Onlar haqqında filmlərin çəkilməsi, kitabların yazılması, tədbirlərin keçirilməsi şəhidlərin qısa lakin mənalı ömürlərinin gənclər üçün nümunə təşkil etməsinə də xidmət edəcəkdir.

Təqdimat mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin əmri ilə şəhidin atası birinci vətən müharibəsi veteranı,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü Şükür Adilov Böyük Zəfər Xatirə medalı ilə təltif olundu.

«Böyük Zəfər» xatirə  medalını Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Abdurrəhmanov təqdim etdi.

Vahid Abdurrəhmanov AVMVİB sədri Füzuli Rzaquliyevin salamını tədbir iştirakçılarına çatdıraraq ,AVMVİB sədrinin üzrlü səbəbdən tədbirdə iştirak edə bilmədiyini qeyd etdi.Səd müavini 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs etdi.

Şəhidlərimizin daima qəlibimizdə yaşayacağını vurğulyan Vahid Abdurrəhmanov nitqini Şəhidlər ölməz, Vətən bölünməz ,Yaşasın Müzəffər Azərbaycan Ordusu! Yaşasın Müzəffər Ali Baş Komandan! ifadələri ilə bitirdi.

Şəhidin atası Şükür Adilov çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlığını bildirmişdir.

Sonda YAP Suraxanı rayon təşkilatı tərəfindən Şəhid Mustafazadə Ceyhunun atası Şükür Adilova xatirə hədiyyələri təqdim olunmuşdur.

Bu xəbəri paylaşın: