AVMVİB  sədri Füzuli Rzaquliyev başsağlığı verdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev AVMVİB üzvləri adından Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidovun vəfat ilə bağlı başsağlığı verib.

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidovun vəfatını dərin kədər hissi ilə  qarşıladım.

Vətən müharibəsində Qubadlı uğurunda gedən döyüşlərdə qəhrəməncasına şəhid olan polkovnik Şükür Həmidov kimi qəhraman yetişdirən atanın vəfatından kədərləndiyini bildirir,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri adından mərhumun bütün əzizlərinə,doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin…
Məkanı cənnət olsun!..

Qeyd edək ki, ikinci ordu korpusunun komandir müavini, polkovnik Şükür Həmidov Vətən müharibəsində şəhid olub. Bununla bağlı Prezident İlham Əliyev 2020-ci il oktyabrın 23-də onun atasına zəng edərək şəxsən başsağlığı vermişdi.

Bu xəbəri paylaşın: