Yardımlıda şəhidin anım gününü qeyd edilib

19.08.2023- cü il tarixində 1-ci Qarabağ müharibə şəhidi Kərimov Aslan Eyvəz oğlunun məzarı ziyarət edilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib.

Tədbirdə Şəhid valideyinləri, kənd camaatı Yardımlı Rayon Polis Şöbəsinin rəisi və əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Yardımlı Bölməsinin rəisi gənc şairlər İqbal, Əlsafa ,Cənub idman klubunun prezidenti Samir Həsənov ,Xeyriyə cəmiyyətinin sədri Əsədulla, Şəhid və qazilərlə iş şöbəsinin əməkdaşları, AVMVİB-NİN Yardımlı Rayon şöbəsinin üzvləri və sədri Mayilxan Əliyev iştirak ediblər.

Allah bütün şəhidlərimizi rəhmət etsin.

Bu xəbəri paylaşın: