Avqustun 16-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə Masallı rayonu Heydər Əliyev Mərkəzində “Müharibə Veteranlarının Hüquqi maarifləndirilməsi” adlı layihə üzrə tədbir keçirilib.
Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
Masallı rayon, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Abdurəhmanov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xocalı və Xankəndi rayon şöbələrinin sədri, layihə rəhbəri Ramiz Ağayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəzarət Təftiş komissiyasının sədri Niyazi Quliyev, Masallı rayon İcra Hakimiyyətinin Vətən Müharıbəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Nurlan Muradov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsinin sədri Şahabbas Qəhrəmanov və rayon şöbəsinin sədr müavini Samir Əkbərov iştirak etdilər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini Vahid Abdurəhmanov iştirakçılara layihə haqqında məlumat verdi. Bildirildi ki, layihənin məqsədi torpaqlarımızın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mərdliklə döyüşmüş birinci və ikinci Qarabağ döyüşlərində iştirak etmiş müharibə veteranlarının hüquqi maarifləndiriməsi, onların yerlərdə üzləşdikləri sosial problemlər və onların həlli yollarının araşdırılmasıdır. Məqsədimiz bu layihə çərçivəsində ehtiyacı olan müharibə veteranlarına hüquqi yardımlar göstərmək və onlara dəstək olmaqdır.
Ramiz Ağayev bu şəraiti yaratdıqlarına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Masallı rayon İcra Hakimiyyəti rəhbərliyinə öz minnətdarlığını çatdırdı. Problemlərin həllində İctimai Birlik kimi hər bir veteranın yanında olacaqlarını qeyd etdi. Bu cür tədbirlər Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin yürütdüyü sosial siyasətə dəstək xarakteri daşıyır.
Niyazi Quliyev çıxışında bildirdi ki, bizim üçün birinci, ikinci müharibə anlayışı yoxdur. Döyüşçü döyüşçüdür. Vətənin müdafiəsində dayanaraq öz sağlamlıqlarını itiriblər. AVMVİB-də müharibə iştirakçılarına və şəhid ailələrinə daim diqqət var. Onların müraciətlərinə dərhal cavab verilir.
Daha sonra rayonda yaşayan müharibə veteranlarını maraqlandıran məsələlərə aydınlıq gətirildi. Qarşıya çıxan problemlərin hüquqi yolla həlli üçün AVMVİB daim veteranlarımızın yanındadır.