“Dünyaya  sülh”  adlı dəyirmi masa keçirilib

                               

  24 avqust saat 14: 00-da Şəhər  Mədəniyyət  Evi  və  Heydər Əliyev Mərkəzi  “Sülh aylığı” çərçivəsində  “Dünyaya  sülh”  adlı dəyirmi masa keçirib.Dövlət Himninin səsləndirilməsi ilə başlanan  tədbirdə aparıcı “ 102” xeber.com “ Xəbər Portalı” baş direktorun müavini, «MİLLİMƏCLİSXEBER.AZ» informasiya Xəbər Portalı təsisçi , baş redaktor, şairə Fəridə Səxavət  21 avqust––21 sentyabr ntarixlərində keçirilən “Sülh aylığı” çərçivəsində  BMT Baş  Assambleyasının 1981-ci il 30 noyabr tarixliqərarından, görülən işlərdən danışıb.

  Tədbirdə Azərbaycan  Vətən Müharibəsi  Veteranları İctimai  Birliyinin sədrinin  səlahiyyətli nümayəndəsi  Zəkəriyyə  Rəhimov,»Sağlam Ailə» Ailələrin  Maarifləndirilməsinə Kömək İctimai Birliyinin sədri,bəstəkar, Qulieva Xanım, Şəhidlər və Qazılər  qrupunun İnzibatçısı, hüquqşünas İsmayılova Şəhla,  Abşeron rayon Müharibə  Veteranları  Cəmiyyətin «İctimai Nəzarət Təşkilatının» təsisçisi, qazi, təqaüdə olan zabit  Sahib Naib oğlu, şairə,publisist  Hüseyinova Elmira, Tiib  Univer- rsitetinin Ümumi Cərrahlıq  Kafedrasının müəllimi, I Qarabağ və II Qarabağ müharibəsində cərrah işlə-yən Səmədov Əli çıxış ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, Azərbaycan dövləti ölkəmizdə sülh və sabitliyin qorunmasında lazım olan bütün zəruri işləri görür. Azərbaycan  Respublikasının  hər  zaman  sülhsevər  siyasət  yürütdüyünü,ölkədaxili və beynəlxalq  münasibətlərdə  sülhə  böyük  tövhələr  verdiyini qeyd olunub.

44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı tarixi qələbə sayəsində regionda davamlı sülhün bərqərar olması da diqqətə çatdırılıb.Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin,hər cür zorakılığın dayandırılması  arzusunun  tarix  boyu  bəşəriyyəti  düşündürdüyünü və sülhsevərliyiilə fərqlənən Azərbaycan xalqının da sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd ediblər.

Tədbirin sonunda təşkilatçıar tədbirdə iştirakına və mənalı çıxışına görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi  Zəkəriyyə  Rəhimova öz təşəkkürlərini bildiriblər.

        

Bu xəbəri paylaşın: