Mərdan Ələsgərov : «AVMVİB üzvü olmaq insana qürur hissi yaşadır»

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) 29 yaşı tamam olur.

Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birliyi (AVMVİB) Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov sayıtmıza AVMVİB yaranması barədə təbrik ünvanlayıb:

-Bu gün mənim üçün çox sevindirici bir gündür. Bu gün biz AVMVİB -nin yaranmasının 29 ilin qeyd edirik. Birliyimizin bütün üzvlərini bu gün münasibətilə ürəkdən təbrik edirəm, hər bir üzvünə cansağlığı, uğurlar arzulayıram.

Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birliyi mütəmadi olaraq müharibədə iştirak etmiş veteranlara və onların ailə üzvlərinə diqqət və qayğı göstərir, onların sosial problemləri ilə maraqlanır. Birlik hər zaman gələcəyimiz olan gənc nəslin öz Vətəninə, xalqına, soy-kökünə, ata-babalarımızın bizə miras qoyduğu adət-ənənələrimizə sədaqət və hörmət ruhunda tərbiyə olunmasına diqqətlə yanaşıb.

Bu gün münasibətiylə bütün üzvlərimizi təbrik edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm.

Bu xəbəri paylaşın: