İsmayıllıda “Laçın şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib

İsmayıllı rayonunda “26 avqust — Laçın şəhəri günü»nə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin rəsmiləri, Şəhid ailələri , müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İsmayıllı rayon şöbəsinin təşkilati işlər üzrə müavini,sədr əvəzi Bəylər Həlimli məlumat verib.

Tədbir iştirakçıları şəgidlərimizin və Ulu Öndər Heydər Əliyevin ruhunu sükutla anıblar.

 Tədbirdə çıxış edənlər işğaldan azad edilmiş ərazilər üzrə təsis edilmiş şəhər günləri haqqında Respublika Prezidentinin verdiyi Sərəncamın əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlıqdan, işğaldan azad olmuş ərazilərdə, o cümlədən Laçın rayonunda həyata keçirilən bərpa-quruculuq işlərindən, əhalinin doğma yurda qayıdışından bəhs ediblər.

Bu xəbəri paylaşın: