Nyu Yorkda fövqəladə vəziyyət elan olundu

ABŞ-ın Nyu York ştatında aramsız leysan yağışları səbəbindən fövqəladə vəziyyət elan edilib.

Fedai.az xəbər verir ki, bu barədə xarici KİV-lərdə məlumat yayılıb.

“Nyu York, Lonq-Aylend və Hudson vadisində fövqəladə vəziyyət elan edilib”, — deyə Nyu York ştatının qubernatoru Keti Hokul X səhifəsində yazıb.

Qeyd edək ki, ötən gündən başlanan leysan ştatda nəqliyyatın fəaliyyətini iflic edib.

Bu xəbəri paylaşın: