İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür, belə insanlardan biri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Şəmkir rayon şöbəsinin sədri, istefada olan kapitan Vəliyev Tahir Hüseyin oğlunun sentyabr ayının 29-da 70 yaşı tamam oldu.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan Müharibə Veteranı istefada olan kapitan Vəliyev Tahir Hüseyin oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Fədai.az kollektivi səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Tahirin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin,hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
![](https://fedai.az/wp-content/uploads/2023/09/image-89.png)
![](https://fedai.az/wp-content/uploads/2023/09/image-90.png)
Vəliyev Tahir Hüseyin oğlu 1953-cü ilin sentyabr ayının 29 da Azərbaycan Respublikasının Şəmkir rayonun Düyərli kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. 1970-ci ildə Şəmkir rayonun Düyərli kəndində orta məktəbi, 1975-ci ildə Bakı Neft Sənayesi texnikomunu, 1977-ci ildə Sovet Ordusunun Sankt-peterburq (kecmiş Leninqrad) şəhərində gizirlər məktəbini, 1992-ci ildə isə Bakı Ali Birləşmiş komandirlər məktəbini ( eksterni zabitlər kursunu ) bitrib.
1973 — 1974-cü illərdə Sovet Ordusunun Macarıstanda yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətə olub. 1975 — 1991 -ci illərdə Sovet ordusunda müxtəlif vəzifələrdə işləyib.
1992 — 2000-ci İllərdə Azərbaycan Ordusunun Ağdərə, Gəlbəcər və Gədəbəy rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, Tank bölüyün komandiri vəzifələrində Vətənə, Dövlətə və Xalqa xidmət edib.
![](https://fedai.az/wp-content/uploads/2022/09/119592366_772380740262835_8318159955644761300_n-1024x1024.jpg)
2018-ci ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Şəmkir rayon şöbəsinin sədridir. Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdərə, Gəlbəcər və Gədəbəy rayonları istiqamətdə) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəlmişdir.
![](https://fedai.az/wp-content/uploads/2023/09/image-91.png)
![](https://fedai.az/wp-content/uploads/2023/09/image-92.png)
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, TAHİR BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
![](https://fedai.az/wp-content/uploads/2023/09/image-93.png)
![](https://fedai.az/wp-content/uploads/2023/09/image-88.png)