Oktyabrın 29-u Türkiyədə Cümhuriyyət (Respublika günü) bayramıdır. Bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək Türkiyə Cümhuriyyətinin elan olunması münasibətilə qeyd edilir. Bu münasibətlə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Fedai.az saytına Türkiyədə Cümhuriyyətinin 100 illiyi ilə bağlı bunları bildirmişdir:
«1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub. Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümhuriyyətinin yaradılması Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir. Bu gün Türkiyənin timsalında bütün türk soylu soydaşlarımızı təbrik edirəm. Tanrı türkü qorusun!» — deyə AVMVİB sədri bildirmişdir.