Türkiyədə Mərmərə regionunu 7,9 bal gücündə zəlzələ gözləyir. Tələfat isə fevral fəlakətindən 2-3 dəfə çox ola bilər.
Bu barədə yaponiyalı mütəxəssis Yoşinori Morivaki deyib. «Əgər torpaq süxuru pisdirsə, 2000-ci ildən sonra bina tikməyə icazənın olub-olmamasına baxmaq lazımdır. Təəssüf ki, Türkiyədə icazəsiz tikililər çoxdur», — deyə o bildirib.
Ekspert Bingöl, Karlıova, Bitlis, Muş, Mərmərə və İzmirdə güclü zəlzələlərin olacağını bildirib:
«Hər halda Türkiyə və Yaponiya eynidir, hər yerdə zəlzələ ola bilər. Zəlzələlər davam edə bilər. Biz buna hər zaman hazır olmalıyıq», — ekspert bildirib. /Axar.az