Şəhid polkovnik-leytenantın şəhadətinin 40-cı günüdür

Düşmənin terror məqsədilə quraşdırdığı tank əleyhinə minanın  partlaması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Əkrəm Şadmanovun şəhadətinin 40-cı günüdür.

Fedai.az xəvər verir ki,Polkovnik-leytenant İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Əkrəm Şadmanov 1984-cü ildə Kəlbəcər rayonunda anadan olub. Rütbəcə polkovnik-leytenant olan Şadmanov “N” saylı hərbi hissənin qərargah rəisi olub. Şəhid hərbçimiz İkinci Qarabağ müharibəsində, lokal antiterror tədbirlərində fəal iştirak edib.  

Polkovnik-leytenant Əkrəm Şadmanov Xocalıya ilk qədəm qoyan hərbçilərimizdəndir.

Əkrəm Şadmanovun şəhadətinin 40-cı günü münasibəti ilə Müdafiə Nazirliyinin rəsmiləri, mərhumun yaxınları, hərbçilər və ictimaiyyət nümayəndələri İkinci Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət ediblər.

Allah cəmi Şəhidlərimizə rəhmət eləsin

Bu xəbəri paylaşın: