Neftçalada «Ata vəsiyyəti və İnamlı Zəfər» adlı zəfər bayramı keçirildi.

Keçirilən bayram tədbirində Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, RİH-in, hüquq- mühafizə orqanlarının məsul şəxsləri, təhsil işçiləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-in Neftçala rayon şöbə sədri Mübariz Hüseynov, (AVMVİB)-in Neftçala rayon şöbəsinin təşkilatı məsələlər üzrə müavini Məhəmməd Əhmədov Vətən müharibəsi iştirakçıları, şəhid alələri və rayon ictimaiyyəti iştirak edirdilər.

Tədbirin ilk hissəsi Neftçala rayon Xanoğlan Məmmədov adına Mədəniyyət Mərkəzində keçirilildi.

Öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Neftçala rayon Xanoğlan Məmmədov adına Mədəniyyət Mərkəzində «Ata vəsiyyəti və İnamlı Zəfər» adlı Zəfər Gününə həsr olunmuş tədbirdə eksponatlar, şəhidlərimizdən qalan əşyalara baxış keçirildi.

Çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov Respublikamız 20 ildir Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf yolundan, cənab İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin 44 günlük Vətən müharibəsində həll olunması, işğaldan azad olunan torpaqlarımızda aparılan abadlıq- quruculuq işləri haqqında görüş iştirakçılarına geniş məlumat verib və tədbir iştirakçılarını Zəfər bayramı münasibətilə təbrik edib.

Tədbirin davamaı Neftçala rayonundakı Bayraq meydanında davam etdi.
Neftçalamızın gənc idmançıları, aşbazları və şagirdlərin hazırladıqları eksponatlar bu ZƏFƏR bayramında Şəhid ailələrini və qaziləri çox sevindirdilər.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidovun bütün incəliklərinə qədər rəhbərlik etdiyi bu tədbir sözün əsl mənasında ürəkacan idi.
Başda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev və 90 min müharibə üzvüləri adından həmçinin AVMVİB — nin Neftçala rayon şöbəsinin idarə heyyəti və üzvüləri adından Neftçala RİH-in başçısı Mirhəsən Seyidova belə möhtəşəm tədbiri hazırladığına və bu tədbirə AVMVİB — nin Neftçala rayon şöbəsini dəvət etdili üçün TƏŞƏKKÜR edirik.

Hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Hüseynov

Bu xəbəri paylaşın: