AVMVİB sədrindən Zəfər Günü təbriki

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Azərbaycan xalqını, Ali Baş Komandanımızı, Şanlı Ordumuzu Şəhid ailələrini və döyüşçüləri 8 Noyabr — Zəfər Günü münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

8 Noyabr müstəqil Azərbaycanın müasir tarixində artıq Zəfər, qələbə ayı kimi qalacaqdır. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı İkinci Qarabağ – Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı.

44 günlük hərbi döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Noyabrın 8-də cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi: «Sən azadsan Şuşa»-dedi.

Bu əlamətdar tarix Azərbaycan Respublikasının şanlı salnaməsinə ölkənizin dövlətçiliyinin və suverenliyinin möhkəmləndirilməsi naminə xalqınızın birlik, mətanət, əyilməz iradəsinin rəmzi kimi həmişəlik yazılmışdır.

Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd, yuvalarına qayıdacaqlar, biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Cənab Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida” ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından, canından keçdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Prezidentimiz İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri, böyük qələbəni xalqla birlikdə qeyd etmələri hər birimizi qürurlandırır. Bütün dünya tarixi ədaləti bərpa edən Azərbaycan Ordusunun, cənab Ali Baş Komandanın və xalqımızın birgə gücünü gördü.

Son iki yüz il ərzində Azərbaycan hərb tarixində biirinci dəfə idi Müzəffər Ali baş Komanadanımız öz itirdiyimiz torpaqlarımızı şərəfsiz işğalçılardan azd aedti.

Noyabr ayı artıq müasir tariximizin parlaq zəfər səhifəsi kimi yaddaşlarımıza həkk olunub. Bu mənada ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmən üzərində qazandığımız bu böyük qələbə münasibətiylə öncə Ali Baş Komandanımız cənab İlham Əliyevi və onun rəhbərliyi altında bütün soydaşlarımızı, ordumuzu təbrik edirəm.

Zəfər günü münasibti ilə qəhrəman xalqımızı, döyüşçüləri və Komandanımızı təbrik edir, ölkəmizə firavanlıq və tərəqqi arzulayıram.

Bu xəbəri paylaşın: