İnsan var ki,onun ömürlüyü bir vərəqə ancaq yerləşir,insan da var ki,onun ömrünün təsviri bir kitabada sığmır.Belə insanlardan biridə, Daxili işlər orqanlarının həyatında öz dəst — xətti və xüsusi xidmətləri olan, peşəkarlığı,dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi səmimiyyəti,təvazökarlığı,vətənpərvərliyi,dəqiqliyi,təmkinliyi,xeyirxahlığı,işgüzarlığı,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 29 ildən cox şərəfli xidmət yolunu Daxili işlər orqanlarında polis xidmətinə həsir etmiş — istefada olan kapitan Qənbərov Hafis Bulud oğludur. Noyabr ayının 13- də onun 67 yaşı tamam olur.

Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan, polis və müharibə — istefada olan kapitan Qənbərov Hafis Bulud oğlunu, belə bir əlamətdar gün munasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) rəhbərliyi, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı,uzun mənalı ömür və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzu edib deyirlər, Hafis müəllim qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimayət arasında özünəlayıq hörmət qazanmış- kapitan Qənbərov Hafis Bilud oğlu 1956 — cü ilin noyabr ayının 13- də Şuşa şəhərində zəhmətkeş ailədə anadan olub. Hafis “Azərbaycanın Milli Qəhramanı” Qənbərov Ramiz Bulud oğlunun qardaşıdır.
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəslə doğmalıq münasibəti yaradan- kapitan Hafis Qənbərov 1974 — ci ildə Hacıyev adına 4 saylı Şuşa şəhər orta məktəbi,1981-ci ildə Kənd Təsərrufatı İnstitunu bitrib.O, Daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində, Daxili işlər nazirliyi və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən keçirlən bir çox təlim-metodiki toplanışlarda, xüsusi -taktiki təlimlərdə, komanda — qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib .

Hafis Qənbərov 1976 — 1978-cü illərdə Sovet ordusunun Xabarovski diyarının Lozo rayonun Sita qəsəbəsində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1982-2011 ci illərdə Daxili işlər nazirliyinin Şuşa şəhərində,Suraxanı və Qaradağ.rayonlarında yerləşən polis şöbəsində və İdarələrində əməliyyat müvəkili vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib.Hafis Qənbərov 2018-ci ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Şuşa şəhər şöbəsinin sədridir.
Polis və Müharibə Veteranı-istefada olan kapitan Hafis Qənbərov Qanunvericilikilə müəyyən olunmuş qayda Daxili işlər orqanlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin, eləcədə axtarışda olan şəxslərin axtarışında,tutulmasında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendant saatı)zamanı hüquqi rejim tədbirlərin həyata kecirilməsində və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir
Polis yoldaşları onu, vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş polis əməkdaşı kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı,orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.

O, Daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində, öz tabeliyində olanlara və bir cox polis əməkdaşlarına Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Polis Andın, Daxili işlər nazirliyinin post-patrul və digər nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti və ictimai vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Daxili işlər nazirinin və onun müavinlərinin, Bakı Baş Polis İdarə rəisinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin,Şuşa,Suraxanı və Qaradağ rayon polis şöbə və idarə rəislərinin müvafiq əmirləri ilə bir sıra medalarla,“əla xidmətlərə görə” əlacı döş və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə (pul mükafatları ilə) mükafatlandırlıb və ona təşəkkur elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK HAFİS MÜƏLLİM !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
100 YAŞA SAĞLAM YAŞA.


