Beyləqanda Zəfər Günü qeyd olunub

8 Noyabr-Zəfər Günü münasibətilə Beyləqan rayonunda tədbir keçirilib.

Tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayev, İcra Hakimiyyəti nümayəndələri, şəhid ailələri , döyüşçülər ,ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Mərasimdə çıxış edən natiqlər ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizin xatirəsinin daim yaddaşlarda qalacağını söyləyiblər.

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: