Şimali Kipr Türk Cümhuriyyətində «Azərbaycan günü» -FOTOLAR

Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində Azərbaycan Kıprıs Dostluq Cəmiyyətinin və ASKEF-in təşkilatçılığı ilə «Azərbaycan günü» keçirildi. Bayram tədbirində ŞKTC-nin Baş Naziri Unal Üstel və hökumət üzvləri, ASKEF Başkanı Savaş Unal, AKDC-nin sədri Orxan Həsənoğlu, ASKEF-in Azərbaycan və Orta Asya üzrə təmsilçisi Sona İsmayılova,AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov çıxış etdilər. Möhtəşəm bayram tədbirində Türkiyə, Azərbaycan, İran, Avstriya, İraq-Kərkük, Özbəkistan, Qırğızıstan, Qazaxıstan Bolqarıstanda gələn qonaqlar, ŞKTC-də yaşayan azərbaycanlılar, türklər, Kıprıs Mücahidləri iştirak etdilər.

Bayram şənliyinə. ASKEF-in üzvləri müğənni Samir Abdullayev, şair-ozan Zübeyir Daras, Naxçıvandan gələn müğənnilər maraqlı proqramla iştirak etdilər.
Şimali Kipr Türk Cümhuriyyətinin Şəhidləri ziyarət edildi.
AVMVİB Sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov ASKEF-in üzvləri ilə birlikdə Türk Şəhidliyini ziyarət ediblər. Onlar ŞKTC-nin 1974-cü ildə canlarını bu müqəddəs torpaq uğrunda qurban vermiş Şəhidlərin əziz xatirəsini hörmətlə anaraq onların ruhuna dualar oxumuş və açıq havada yerləşən hərbi qənimət muzeyinə, müharibədən qalan eksponatlara maraqla tanış oldular.

Bu xəbəri paylaşın: