AVMVİB Yasamal şöbəsinin sədri Salman Hüseynov Türkiyənin Gümüşhanə şəhərində bir sıra görüşlərdə iştirak edib

Salman Hüseynov : İlk növbədə, Gümüşxanə Qazilər Dərnəyi Başqanı Qazi Celil Tanquroğlu ilə görüşdüm. Kıprıs hərəkatı Qazisi Cəlil Tanquroğlu ilə Türk dünyası veteranlarının birləşməsi barədə, veteran birliklərinin ümumi problemləri, veteranların həll axtaran vacib olan məsələləri barədə geniş fikir birliyi olduğuna gəldik. AVMVİB Yasamal rayon şöbəsi və Gümüşhanə Qazilər Dərnəyi arasında gələcəydə yaxın əməkdaşlıqın istəyimizi qarşılıqlı bildirdik.
Cəlil Tanquroğlunun şəhərin dövlət idarələrinə verdiyi məlumat nəticəsində bir sıra dövlət və hökümət idarələrinin rəhbərləri mənimlə görüşmək istəklərini bildirdi və görüşlərə dəvət etdilər keçirildi.
Bunlardan:
Gümüşxanə Valisi cənab Alper Tanrısever, Qümüşhane Bələdiyə Başkanı cənab Ercan Çimen,
Gümüşxanə Əmniyyət müdürlüyü başkanı cənab Taner Cömert,
Jandarma Komutanı albay Serhat Demirlə görüşdüm, və mənə ziysfətlər verildi.
Görüşlərdə, bir qazi kimi mənə göstərilən hörmət və diqqəti xüsusi qeyd etməmək mümkün deyil, və bunu xüsusi vurqulamağı vacib bilirəm.

Foto1
10 noyabr Mustafa Kəmal Atatürkün anım günü qeyd olundu.
Atatürkün anım günü münasibəti ilə keçirilən böyük törəndə iştirak etdim və Valilik tərəfindən xüsusi qonaq kimi mənə diqqət göstərildi.

Foto2

Sonra Vali, cənab Alper Tanrıseverin başçılığı ilə Atatürkə həsr olunmuş rəsm sərgisi ziyarət olundu, Şəhər Mədəniyyət Sarayında təntənəli yığıncaq, və Atatürkə həsr olunmuş tamaşa təşkil olunmuşdur.
Dövlət rəsmiləri ilə birgə mən də tədbirlərdə iştirak etdim.

Foto3
Jandarma Komutanı albay Serhat Demirlə keçən görüş çox səmimi və xoş xatirələrlə zəngin oldu. Albay Serhat Demir Texnofest festivalı zamanı Azərbaycanda olduğunu dedi, xoş təsuratları ilə bölüşdü.
Azərbaycanlıların çay süfrəsindən, mürəbbələrdən danışdı. Xüsusən də yeməklərdə keşnişin olmağı xoşuna gəldiyini qeyd etdi. Təəsüf etdi ki, Türkiyə mətbəxində keşnişdən istifadə olunmur…

FOTO4

Gümüşxanə Aile Çalışma və Sosial Hizmetler Müdürü Zekai İnanla görüşə gələn zaman çox isti, səmimi qarşılandığımı, Müdürlüyün qarşısında bizi heyyət və fotoqraflarla gözləməsini və göstərdiyi diqqət və qonaqpərvərliyini də qeyd etməmək olmaz.
Görüşün sonunda cənab İnan görüşdən xatirə olaraq, Türkiyə bayrağı və Qurani kərim yerləşən set hədiyyə etdi.

Fotolar Gümüşxanə valiliyinin rəsmi səhifəsindən götürülüb.

Bu xəbəri paylaşın: