TƏBRİK: ELÇİN QƏDİROV — 44

Bu əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi, AVMVİB Beyləqan rayon şöbəsi, AVMVİB Xocavənd rayon şöbəsi rəhbərliyi, Fədai.az və Veteran.az kollektivi Elçin Qədirovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

Elçin Qədirov bizim könüllülərdəndir. Qarabağ bölgəsində müharibə veteranlarımızın və şəhid ailələrinin problemlərinin ictimailəşdirilməsi və həll edilməsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rayon şöbələrinin fəaliyyətinin işıqlandırılması üçün əlindən gələni artıqlamasıyla etməyə çalışır. 44 günlük Vətən müharibəsi günlərində də daim öndə olub.

Fədai.az-ın Qarabağ üzrə müxbiri Elçin Qədirovun 44 yaşı tamam olur. Bir daha bu münasibətlə əməkdaşımızı təbrik edir və yaradıcılıq uğurları arzulayırıq.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELÇİN BƏY!

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!

BÜTÜN GÖZƏLLİKLƏR SƏNİN OLSUN!

ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!

Bu xəbəri paylaşın: