Bu gün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının akt zalında Zəminə Cavadlının 7 məzarsız Zəngilan polisi haqqında yazdığı «Yeddi Fədai İgid» kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə Şəhid ailələri, qazilər, məktəblilər və ictimayət nümayəndələri iştirak edirdi.
Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirildi, saora Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan şəhidlərimizin ruhları 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri Şəhid İsmayılın bacısı, şairə Lalə İsmayıl açaraq qonaqları salamladı. Söz demək üçün çıxışçılar tribunaya dəvət etdi. Çıxış edənlər Şəhidlərimizin keçdiyi döyüş yolundan və haqqlarında yazılan kitabdan danışaraq tədbir iştirakçılarını məlumatlandırdılar və belə əsərlərin bütün Şəhidlərimiz haqqında yazılmalı, Şəhidlərimizi daima diqqətdə saxlanılmalı olduğunu bildirdilər.
Tədbir iştirakçıları sonda xatirə şəkilləri çəkdirdilər.
Azad Muaayev AVMVİB Zəngilan rayon şöbəsi nin sədri