1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü «Əlilliyi olan insanların Beynəlxalq günü» kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir.
Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyaya qoşulub.
Əlillər Günü çox vaxt unudulan və ya cəmiyyətdən kənarlaşdırılan əlilliyi olan insanlar və onların ehtiyacları haqqında məlumatlılığın artırılması və onların dərk edilməsi üçün xüsusi bir gündür. Əlilliyi olan insanların töhfələrini və nailiyyətlərini təbliğ etmək və sosial şüurun yaradılması üçün hər il dekabrın 3-də qeyd olunur.
Xususi olaraq may ayında “Əlillər Həftəsi” kecirilir
10 May Əlillər Həftəsinin açılışı
11 May Gözdən Əlillər Günü,
12 May Eşitmə və Nitq Əlillər Günü,
13 May Ortopedik Əlillər Günü,
14 May İntellekt və Əqli Əlillər Günü,
15 May Zəif Qocalar və Qorunmağa Ehtiyacı olan Uşaqlar Günü,
16 May Əlillər Həftəsinin Ümumi Qiymətləndirilməsi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov — “Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrindən Prezident təqaüdünü alan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sayı 18 116 nəfərdir”.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və “Qocalar Döyüşə Gedir” qrupu Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olan qardaşların hərzaman yanındadır
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Hüseynov