Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) və rayon şöbələri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirdi ki, Azərbaycan xalqına və millətinə əvəzsiz xidməti həyatının məqsədi və mənası kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin, azərbaycançılıq məfkurəsinin formalaşdırılması və möhkəmləndirilməsi, eləcə də ölkəsinin rifahı uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik edib. Biz döyüşçülər Ulu Öndərin bu xidmətlərini heç zaman unutmadıq və unutmayacağıq.
Tədbirdə iştirak edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdurəhmanov qeyd etdi ki, AVMVİB hər il olduğu kimi bu il də Ulu Öndərin ziyarətinə böyük heyətlə gəlib. Torpaqlarımızın işğaldan azad olunmasının da Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi. Bu missiya da Heydər Əliyev irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yerinə yetirildiyini, bugün üçrəngli bayrağımız işağldan azad olunmuş torpaqlarımızda dalğalanır. Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi məhz Ümummilli Lider Heydər Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığı vaxtdan başlanılan genişmiqyaslı dövlətçilik, quruculuq, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi ilə başlamışdı. Bunu hər kəsdən yaxşı biz döyüşçülər bilirik.
AVMVİB NTK sədri Niyazi Quliyev bildirdi ki,Azərbaycan dövlətçiliyinin xilaskarı Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bugünkü müasir, müstəqil, çiçəklənən qüdrətli Azərbaycan dahi şəxsiyyətin şah əsəridir. Ümummilli lider Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalqın məhəbbətini qazanan öndər kimi əbədi yaşayacaq.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvləri olan müharibə veteranları Ulu Öndər Heydər Əliyevin məzarı önündə sayğı duruşunda olmuş və gül qoymuşlar.



