11.12.2023 – çü il İKİNCİ GÖRÜŞ.
Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Quliyev barəsində nə qədər xoş söz desək də azdır.
Xəstəxananın iş prinspi, xəstələrlə ünsiyyəti və ən əsası Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi xəttini davam etdirərək Şəhid ailələrinə və Qazilərə göstərdiyi diqqət və qayğısı danılmazdır.
Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman həkimin qərarı ilə Qazi və şəhid ailələri ilə daima maraqlanan, onlara xəstəxanada ilk yardım göstərən, Netçala rayonunun iki Qazisi, Neftçala Rayon Mərkəzi Xəstəxanasının Müharibə iştirakçıları ilə iş üzrə koordinasiya bölməsinin mütəxəssisləri İsgəndərov Əlifağa Qalib oğlunun və Hüseynov Hakim Adil oğlunun bu işə rəhbərlik etmələri, tam məqsədə uyğun və yerində verilən bir qərardır.
İndi isə bugünkü mövzumuzun əsas qonağı Neftçala RMX stomatoloqu Mayıs Səlimovdur.
Stomatoloq Mayıs Səlimov Neftçala rayonunda adlı-sanlı stomatoloq olması ilə yanaşı olaraq nəcib keyfiyyətlərə malik olan bir insandır.
Mayıs Səlimovun stomatoloq otağına girərkən otaqdakı Şəhidlərmizin rəsmləri, üçrəngli Azərbaycan bayrağı onun vətənə, millətinə, dövlətinə necə bağlılığından xəbər verir.
Hər dəfə qazilərlə söhbət edərkən “Müharbə sindiromu” — dan nevroz və sinirdən, diş qıcama nəticəsində dişlərin tez bir zamanda sıradan cıxmasında danışırıq.
Bu halda hamının yadına Qazilərə və şəhid ailələrinə daima yardım edən, təmənasız onlara xidmət göstərən Neftçala RMX stomatoloqu Mayıs Səlimov yada düşür və onun barəsində daima gözəl sözlər eşidirəm.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbəsin qaziləri və şəhid ailələri nə zaman stomatoloq Mayıs həkimin yanına gedəndə həmişə xoş təəssüratlarla geri dönmuşlər.
Bu gün Neftçala rayon Bankə qəsəbəsinin ağsaqqallar şurasının sədri şəhid Ağamaliyev Rövşənin atası Ağamalıyev Baloğlan Rəhman oğlu ilə birlikdə Neftçala Rayon Mərkəzi Xəstəxanasına gedərək direktor Elman həkim, Neftçala Rayon Mərkəzi Xəstəxanasının Müharibə iştirakçıları ilə iş üzrə koordinasiya bölməsinin mütəxəssisləri İsgəndərov Əlifağa Qalib oğlunun və Hüseynov Hakim Adil oğlu və Stomatoloq Mayıs Səlimova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adından TƏŞƏKKÜRNAMƏ təqdim edərkən xatirə şəkli cəkdirdik.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədri Fizuli Rızaquliyev başda olmaqla (AVMVİB)-nin Neftçala rayon şöbəsin qaziləri və Şəhid ailələri adından Neftçala RMX stomatoloqu Mayıs həkimə
TƏŞƏKKÜRLƏRİMİZİ BİLDİRİRİK .
Hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Hüseynov




